Jurnalistin mənzil problemi ilə bağlı Rövşən Rzayevə müraciət ünvanlandı

Jurnalistin mənzil problemi ilə bağlı Rövşən Rzayevə müraciət ünvanlandı

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib. "OLAYLAR" xəbər verir ki, Zaur Əliyev müraciətində Komitə sədrindən tanınmış jurnalist, Ağdam rayonundan olan məvburi köçkün Səxavət Məmmədin məcburi köçkünlər üçün tikilən evlərdə mənzillə təmin olunmasını xahiş edib. Zaur Əliyev qeyd edib ki, Ağdam rayonundan məcburi köçkün və Azərbaycanın tanınan jurnalistlərindən biri olan Səxavət Məmməd vicdanlı və milli bir gəncdir. Azərbaycan mediasında uzun illərdir yazıları ilə çıxış edir: "Azərbaycanda yeganə jurnalistdir ki, Türkiyədə hərbi sahədə yazılar yazan jurnalistlər üçün keçirilən xüsusi təlimdə iştirak edib və qaliblərdən biri olub. Səxavət bu günün jurnalisti, sabahın isə ordumuzun sıralarında torpaqlarımızın azad edilməsində öndə olacaq əsgərdir. Onun haqqında bir çox insan müsbət rəylər verə bilər. Hazırda YeniÇağ saytının əməkdaşıdır. Dostum uzun zamandır kirayələrdə qalır. Aldığı əmək haqqlarının 60%-i kirayə və komunal xərclərə çıxır. Gənc bir insanın ayda 200 manata dolanması çox çətindir. Onun mənzil şəraitinin yaxşılaşdırılması dövlətin media sahəsində çalışan jurnalistə və məcburi köçkünə olan müsbət bir addımı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31