Nazirlikdən sürücülərə VACİB MÜRACİƏT: Maşınınızda...
22 Avqust 2019 12:35 SosialBakıda avtomobildən oğurluq olub.DİN-in Mətbuat xidmətindən bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus "Daewoo" markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31