Hərbiçilər üçün maarifləndirici tədbir keçirilib

Hərbiçilər üçün maarifləndirici tədbir keçirilib

Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon "N" saylı hərbi  hissənin birgə təşkilatçılığı ilə maarifləndirici  tədbir keçirilib. "OLAYLAR" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon "N" saylı hərbi hissənin zabiti Elman Ağayev, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlarda radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verilib, bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər  iştirakçıların diqqətinə çatdırılıb. 

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31