Dövlət Komitəsinin rəsmi saytı yeniləndi
Dövlət Komitəsinin rəsmi saytı yeniləndi
21 Avqust 2019 15:05 SosialAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet saytı (www.emdk.gov.az) yeni dizayn və tərtibatda fəaliyyətə başlayıb. "Olaylar" xəbər verir ki, saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son texnologiyalar tətbiq edilməklə dizayn dəyişiklikləri edilib. Sayt 2 dildə azərbaycan və ingilis dilində məlumat bazası ilə zənginləşdirilən resurslarla vətəndaşların istifadəsinə verilmişdir. Baş səhifədə "Komitə haqqında", "Qanunvericilik", "Hesabatlar", "Müsabiqə və hərraclar", "Layihələr", "Media", "Könüllü fəaliyyət", "Vətəndaşlar üçün", "Əlaqə" bölmələri daha da təkmilləşdirilmiş, istifadə baxımından saytın rahatlığı təmin edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31