Azərbaycanda plüralizm ən yüksək səviyyədə qorunur
Azərbaycanda plüralizm ən yüksək səviyyədə qorunur
21 Avqust 2019 14:51 SosialDemokratik cəmiyyətlərin mühüm göstəricilərindən olan fikir, söz, məlumat və ifadə azadlığı ilə yanaşı, plüralizm də hər zaman həm daxili auditoriya, həm də beynəlxalq səviyyə, dünya ölkələri və beynəlxalq təşkilatlar, qurumlar üçün maraqlı olub. Bir qədər də dəqiqləşdirsək bu və ya digər ölkədə plüralizmin hansı səviyyədə olmasına hər zaman diqqət yetirilib, bu sahədə mövcud olan tendensiya əsasında həmin ölkənin durumu, demokratik dəyərlərə nə dərəcədə önəm verdiyi xarakterizə edilib. Qeyd edək ki, plüralizm latın dilində plüralist sözündən götürülüb və çoxlu mənasını ifadə edir. Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizim çoxluğa meyllilik mənasındadır. Plüralizm - bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin form və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsinə deyilir. Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. Məlumat üçün qeyd edək ki, plüralizm özü də bir neçə istiqaməti əhatə edir. Bura elmi plüralizm, siyasi plüralizm, dini plüralizm, seksual plüralizm, plüralizm (fəlsəfə) və mədəni plüralizm daxildir. Ölkəmizdə plüralizm ən yüksək səviyyədə qorunduğu üçündür ki, Azərbaycanı plüralist ölkə kimi xarakterizə edir, belə adlandırırlar. Bu qiymətləndirmə təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə, dünya ölkələri səviyyəsində də eynidir. Qeyd etdiyimiz kimi Azərbaycanda bütün istiqamətlərdə istər siyasi, istər elmi, istərsə də digər sahələrdə olduğu kimi dini plüralizm sahəsində də vəziyyət qənaətbəxşdir. Daha doğrusu ölkəmizdə dini plüralizm ən yüksək səviyyədədir. Bunu mövcud vəziyyət, Azərbaycanda müxalifət dinlərin nümayəndələrinə yaradılan şərait də təsdiq edir. Ümumiyyətlə, plüralizm Azərbaycan cəmiyyətinin yaşam tərzidir desək yanılmarıq və Azərbaycan cəmiyyətində plüralizm ənənələrinin inkişaf etməsi, onun qorunub saxlanmasında dövlətin xüsusi marağı var. Diqqət etsək görərik ki, bu müsbət tendensiya bütün dövrlərdə özünü açıq şəkildə göstərib. Xüsusilə müstəqillik illərindən sonra qeyd etdiyimiz istiqamətdə müsbət dinamika müşahidə edilib. Bu müsbət dinamikanın müşahidə edilməsində isə ümummili lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Öncəliklə onu qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində hər bir sahədə olduğu kimi dini sahədə də bir növ situasiya xoşagəlməz şəkildə idi. Bu sahəyə nəzarətin olmaması, eyni zamanda dini icmalarla işin düzgün qurulmaması xarici amillərin Azərbaycana sirayət etməsi, mövcud boşluqdan istifadə edərək öz maraqlarını təmin etmək istiqamətində çalışdıqları özünü göstərirdi. Belə bir vəziyyətdə təbii ki, ölkəmizdə yaşayan fərqli dinlərin nümayəndələri və onların təmsil olunduğu dini icma və qruplar da diqqətdən kənarda qalmışdı. Bütün bunlar da istər istəməz Azərbaycanda dini vəziyyətin normal olmadığı görüntüsü yaradır, eyni zamanda beynəlxalq təşkilatların dərc etdikləri hesabatlarda Azərbaycan dini cəhətdən plüralizmin mövcud olmadığı ölkələrdən biri kimi xarakterizə edilirdi. Lakin ümummilli lider Heydər Əliyevin 1993 - cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra hər bir sahə kimi bu sahədə də müsbət işlər özünü göstərməyə başladı və qısa müddət ərzində situasiya tamamilə müsbət istiqamətə doğru dəyişməyə başladı. Ümummilli liderin ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrini onların bayramları günlərində təbrik etməsi, bir neçə dəfə müxtəlif dinlərin nümayəndələrinin rəhbərləri ilə görüşməsi artıq Azərbaycan barədə beynəlxalq aləmdə müsbət fikirin formalaşdırılmasına yol açırdı. Hər il Ramazan ayı ərəfəsində müsəlman ölkələrinin səfirləri ilə görüşün keçirilməsi, eləcə də bu ayın son günlərində dövlət başçısının adından açılan iftar süfrəsinə digər dinlərin nümayəndələrinin rəhbərlərinin də dəvət olunması ənənə halını alırdı. Təbii ki, bu da həm cəmiyyət, həm də beynəlxalq aləm tərəfindən müsbət qarşılanır, dəyərləndirilirdi. Dini ibadət məkanları, məscidlərlə yanaşı kilsələrin təmir edilməsi kimi müsbət ənənə də məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Artıq Azərbaycan dünyada dini cəhətdən plüralist ölkə kimi tanınırdı və rəsmi Bakının həyata keçirdiyi bu siyasət təqdir edilirdi. Dünya ölkələri və beynəlxalq təşkilatların ölkəmizə bir neçə il əvvələ qədər olan mənfi münasibəti aradan qalxırdı.
Bunun ən bariz nümunəsi isə Roma Papası mərhum ikinci İohan Pavelin Azərbaycana səfər etməsi oldu. Bildiyimiz kimi bir qayda olaraq Roma Papası dini cəhətdən plüralist olmayan, dini mənzərə və durumun o qədər də xoş olmadığı ölkələrə səfər etmir. Ancaq ikinci İohan Pavelin Azərbaycana səfər etməsi onu təsdiq edirdi ki, Azərbaycan dünyada dini cəhətdən plüralist ölkə kimi tanınır və qəbul edilir Təsadüfi deyil ki, dünya katoliklərinin lideri Bakıda ümummilli lider Heydər Əliyevlə görüşdə bunu açıq şəkildə ifadə etmişdi. Mərhum prezident Heydər Əliyevin Bakıda katoliklər üçün sinaqoqun tikilməsi təşəbbüsü də məhz rəsmi Bakının plüralist siyasətindən xəbər verirdi. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin bu siyasəti günümüzdə də Cənab prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 16 il ərzində Heydər Əliyevin ideyalarına sadiq qalaraq bütün istiqamətlərdə olduğu kimi dini sahədə də Azərbaycanda plüralizmin ən yüksək səviyyədə təmin olunmasına çalışır, bu istiqamətdə uğurlu addımlar atır. Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələri əsasında ölkədə fəaliyyət göstərən İslam və qeyri-İslam dini ibadət məkanlarının əsaslı şəkildə təmir edilməsi, bunun üçün dövlət büdcəsindən və yaxud Prezidentin Ehtiyyat Fondundan maliyyə vəsaitinin ayrılması deyilənlərin sübutudur. Təsadüfi deyil ki, Bakıda katoliklər üçün sinaqoqun açılış mərasimi də məhz Cənab Prezident İlham Əliyevin prezidentlik dövrünə təsadüf edir. Düzdür, sözügedən ibadət məkanının tikintisi təşəbbüsü ümummilli lider Heydər Əliyevin zamanında gündəmə gəlmiş və bu istiqamətdə ilk addımlar atılmışdısa, onun istifadəyə verilməsi Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə reallaşdı. Elə katoliklərin lideriPapa Francisin Azərbaycana səfər etməsi də ölkəmizdə dini tolerantlıq və plüralizmin mövcud olduğunu təsdiq edən əsas göstəricilərdən biri idi. Bu müstəqillik illərində iki Roma Papasının Azərbaycana səfər etməsi idi.
Dini tolerantlıq və dini plüralizmin qorunması istiqamətində Azərbaycanda atılan addımlar, həyata keçirilən tədbirlər görüntü xarakteri daşımayıb, ənənəvi, davamlı xarakter aldığı üçün də ölkəmiz bu sahədə nəşr edilən beynəlxalq hesabatlarda müsbət dəyərləndirilir, ən yüksək balla qiymətləndirilirdi. Sonrakı illərdə Azərbaycanda müntəzəm olaraq mədəniyyətlərarası və dinlərarası dialoqların, forumlarım, müzakirələrin keçirilməsi də beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir, müşahidə edilir və təqdir olunurdu. Məhz həmin tədbirlərin iştirakçısı olan müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri də etiraf edirdilər ki, Azərbaycanda dini plüralizm ən yüksək səviyyədədir və ölkəmizdə tətbiq edilən bu plüralizm, tolerantlıq dünyaya nümunə olmalıdır. Çünki dünyanın demək olar ki, heç bir ölkəsində, eləcə də yerləşdiyimiz coğrafiyaya daxil olan respublikalarda Azərbaycanda olduğu qədər tolerantlıq, plüralizm yoxdur. Azərbaycan Cənubi Qafqazda qeyd etdiyimiz sahədə də öz liderliyini qoruyub saxlayır.
Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da bu məsələdə həssaslıq nümayiş etdirir, qeyd etdiyimiz istiqamətə xüsusi diqqət ayırırlar. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri, fəaliyyəti xüsusi qeyd edilməlidir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Fransadakı Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən maliyyə vəsaitinin ayrılmasını plüralizm və tolerantlığa verilən ən yüksək dəyər kimi qiymətləndirmək olar.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir