Gənc aktrisa Orxanın təhsil haqqını ödədi - FOTO
Gənc aktrisa Orxanın təhsil haqqını ödədi - FOTO
21 Avqust 2019 12:15 SosialXəbər verdiyimiz kimi, Orxan Bağızadə Azərbaycan Dillər Universitetinə daxil olub.
Olaylar.az xəbər verir ki, aktrisa Mehin Hümbətova Orxanın təhsil haqqını özü üzərinə götürmüşdü.
Bu gün isə aktrisa ADU-ya gələrək tələbə Orxanın bir illik təhsil haqqını ödəyib.
Qeyd edək ki, paytaxtın Sabunçu rayonunda yaşayan Orxan Bağızadə müəllim yanına getmədən qəbul imtahanında uğurlu nəticə göstərib. O, bu il keçirilən qəbul imtahanında 336 ball toplayaraq ödənişli əsaslalarla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Ancaq atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını və digər sənədlərini gizlədərək qəbul prosesinə mane olmağa çalışıb.

Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31