“Ruhun şad olsun, oğul” – Flora Kərimova Rəşad Atakişiyevdən yazdı
21 Avqust 2019 11:50 SosialXalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb.
O Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:
"İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!"
İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları dünən tapılaraq dənizdən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31