Qobuda tapançadan havaya atəş açan şəxs saxlanılıb
Qobuda tapançadan havaya atəş açan şəxs saxlanılıb
20 Avqust 2019 16:37 SosialQobu qəsəbəsində münaqişə zəminində tapançadan havaya atəş açan şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açmışdır.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılmış və ondan 1 ədəd "Zoraki" markalı pnevmatik tapança və 1 ədəd patron götürülmüşdür. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31