Biləcəridə soyğunçu saxlanıb
Biləcəridə soyğunçu saxlanıb
20 Avqust 2019 16:24 SosialBiləcəri qəsəbəsində soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a bildirilib ki, avqustun 18-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini E.Qasımovun idarə etdiyi "Mercedes" markalı avtomobildə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı 15 manat pulu soyğunçuluq yolu ilə aparmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılmışdır. İlkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31