Rəşad Atakişiyevin son anlarını qeydə alan ‘qara qutu’ ilə bağlı məyusedici xəbər

Rəşad Atakişiyevin son anlarını qeydə alan ‘qara qutu’ ilə bağlı məyusedici xəbər

Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin "qara qutu"sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.

Bunu nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Onun sözlərinə görə "qara qutu"nun bəzi hissələri zədələnib.

"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu" tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar",- deyə keçmiş müşavir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31