İnternet haqqında maraqlı faktlar
İnternet haqqında maraqlı faktlar
20 Avqust 2019 15:04 SosialÖtən il dünyada internet istifadəçilərinin sayı 3,8 milyardı keçib.
Olaylar.az bildirir ki, İnternetdən istifadə edən dünya əhalisinin göstəricisi 2009-cu ildə 24 faiz idisə, keçən il bu rəqəm 51 faizədək artıb. Şəbəkələrin şəbəkəsi adlandırılan İnternet bir çox faktı özündə saxlayır.
Belə ki, istifadəçilərinin sayının 50 milyona çatmasına radio üçün 38 il, televiziya üçün 13 il, internet üçün isə 4 il vaxt kifayət edib. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir.Dünyada ilk kompyuter "Z1" adlandırılıb. İlk kompyuter "siçan"ı 1964-cü ildə Douq Engelbart tərəfindən icad edilib. 21 yaşlı gənclər orta hesabla ömürlərinin 5 000 saatını kompyuter oyunları oynamağa sərf edir. İnternet yaranandan bəri qeydiyyatdan keçən ilk domen ünvanı "symbolics.com" olub. Afrikada isə hər 100 nəfərdən yalnız 3-ü internetdən istifadə edir. Çində 360 milyon insan internet istifadəçisidir. Dünyada 20-yə yaxın ölkənin internetə çıxışı yoxdur.