Bakıda metroda HƏYƏCANLI ANLAR - "Sahil" stansiyasında işıqlar söndü
20 Avqust 2019 13:20 SosialBakıda metroda problem yaranıb."Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31