672 bal toplayan abituriyentin seçimi hansı universitet oldu?

672 bal toplayan abituriyentin seçimi hansı universitet oldu?

2019-2020 - ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Ləman Ağazadədir. Bakı şəhəri 318 saylı tam orta məktəbi fərqlənmə ilə bitirən L.Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olub.

Bu haqda Olaylar.az-a məlumat verən  Ləman Ağazadə bildirib ki, ADU-nu seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib. O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib.

Tələbəmizin gələcək planlarına universitetdə bir neçə dili dərindən mənimsəyərək təhsilini xaricdə davam etdirmək, özünü sinxron tərcümə sahəsində peşəkar kadr kimi formalaşdırmaq, yazıçı, ssenarist kimi fəaliyyət göstərmək də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31