Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlanıb

Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub.Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 500 ədəd aksiz markası aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31