Jurnalistin qardaşı evi ikinci dəfə qarət olunub
Jurnalistin qardaşı evi ikinci dəfə qarət olunub
20 Avqust 2019 12:45 SosialƏməkdar jurnalist, ATV-nin əməkdaşı Elnarə Dərziyevanın qardaşının evi qarət olunub."Olaylar" xəbər verir ki, bu barədə jurnalist özü "Facebook" hesabında məlumat yayıb. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girib: "Rayona istirahətə gedirsən və döndüyün zaman belə bir mənzərə ilə rastlaşıb, şok yaşayırsan! Qardaşım Vüqar Dərziyevin evidi. Evi alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar! Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadı. Artıq 2-ci dəfədir ki, qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar! Həmkarlardan bu hadisəni ictimailəşdirmələrini xahiş edirəm. Mən bu məsələni belə qoymayacam!".