Bakıda dəhşətli qəza – Maşın yolu süpürən işçini vurub öldürdü
20 Avqust 2019 11:11 SosialBakı şəhəri, Mikayıl Müşfiq küçəsində (Mərkəzi Nəbatat bağı) ağır yol-nəqliyyat hadisəsi baş verib."Avtosfer.az" xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfil sürüşür. İdarətetməni itirərək yolun ortasındakı səkidə dayanmış təmizlik işçisini vuraraq öldürür. Zərbənin gücündən piyada yolun əks tərəfində düşür. Maşın da bir neçə dəfə çevrilərək dayanır.Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31