Vilayət Eyvazov yeni rəis təyin etdi
Vilayət Eyvazov yeni rəis təyin etdi
20 Avqust 2019 10:51 SosialDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib.
Olaylar.az xəbər verir ki, nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat haqda məlumatı "Qafqazinfo"ya təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31