Qubada yanğını söndürmək hələ də mümkün deyil - Səbəb
20 Avqust 2019 10:51 SosialQuba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.Şabran rayonu ərazisindən başlayan yanğın Qubada böyük ərazini əhatə edib.Küləkli hava şəraiti və ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə ciddi çətinliklər yaradır.Quba Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, çətinliklərə baxmayaraq, yanğının söndürülməsi işləri davam edib, nəticədə yanğın lokallaşdırılıb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31