Onu polisə yalan məlumat verməyə nə badar etdi?

Onu polisə yalan məlumat verməyə nə badar etdi?

Avqustun 18-də saat 12:42-də naməlum şəxs mobil telefonla polisə zəng edərək "Bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq" deyə yalan məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildiriblər ki, araşdırmalar zamanı həmin telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyənləşib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verdiyini etiraf edib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31