Nazirlik vətəndaşları qəbul edəcək

Nazirlik vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 30 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edəcək. 30 avqust 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Lerik şəhərində, nazir müavini Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcək.

Olaylar.az xəbər verir ki, vətəndaşların qəbulu Lənkərən şəhərində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri Ş. Axundov küçəsi), Lerik şəhərində Lerik şəhəri Mədəniyyət evində (ünvan: Lerik şəhəri Arzuman Əsədullayev 22), Masallı şəhərində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Masallı şəhəri Həzi Aslanov 4) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı "Qaynar xətt"i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050- 275-37-75, 012-585-50-73) xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31