Bakıda qadın “Mazda” ilə dəhşətli qəza törətdi – 8 yaşlı oğlu öldü
Bakıda qadın “Mazda” ilə dəhşətli qəza törətdi – 8 yaşlı oğlu öldü
19 Avqust 2019 13:24 SosialBakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, avqustun 16-da saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Arxməmmədova idarə etdiyi "Mazda" markalı avtomobili qarşıda gedən paytaxt sakini S.Cəfərovun idarə etdiyi "Shacman" markalı avtomobilə vurub.
Nəticədə S.Arxməmmədovanın sərnişini olan 8 yaşlı oğlu Ümid xəstəxanaya yerləşdirilmiş və avqustun 17-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31