Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - Foto
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - Foto
19 Avqust 2019 12:19 SosialGecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu" tapılaraq dənizdən çıxarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə "qara qutunun" texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31