Qubada yanğın başlayıb - FHN MƏLUMAT YAYDI
19 Avqust 2019 11:44 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31