Deputat İqbal Məmmədov “Relax”a gələn vergi işçilərini döydürdü - ŞOK VİDEO
19 Avqust 2019 10:47 SosialMilli Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan "Relax" İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb. Yayılan xəbərdə bildirilir ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.
Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir.
Unikal.org hadisəni özündə əks etdirən şok videonu təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31