Gəncədə 10-cu sinif şagirdi özünü öldürdü - Bir gündə iki İNTİHAR
19 Avqust 2019 09:59 SosialGəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib.
Avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb.
M. Nəbiyeva 10-cu sinif şagirdi olub. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31