Uşaq yola qaçdı, maşın vuraraq öldürdü — Ana gözəllik salonunda imiş
17 Avqust 2019 23:51 SosialAğsu rayonunda azyaşlı uşaq yol qəzası zamanı dünyasını dəyişib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Heydər Əliyev prospektində, şəhər 3 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.
"NİVA" markalı minik avtomobili qəflətən qaçaraq yola çıxan rayonun Zərqava kənd sakini, 4 yaşlı Məhərrəmova Nəzrin Eldost qızını vurub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, hadisə zamanı uşağın anası küçənin kənarındakı gözəllik salonunda olub və nəzarətsiz qalan uşaq qəflətən avtomobil yoluna tərəf qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31