İki gün qaz olmayacaq
17 Avqust 2019 11:11 SosialBu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş az xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31