Azərbaycanda boşanmalar: Ərlə arvad seksual istəklərini bir-birinə danışa bilmirlər

Azərbaycanda boşanmalar: Ərlə arvad seksual istəklərini bir-birinə danışa bilmirlər"Seksual cəzbetmə dönəmində qızla oğlan bir-birindən xoşlanırlar. Bu, sosial münasibətdir. Bu münasibət qarşılıqlı inam, güvən mərhələsini formalaşdırır. Bu mərhələ bitdikdən sonra isə nikah aktı baş verməlidir. Daha sonra isə kompromis mərhələsi gəlir. Bu mərhələ bir-birinə uyğunlaşmaqdır. Daha sonra isə məhəbbət mərhələsi gəlir".

T.Faziloğlu qeyd edib ki, Azərbaycanda güvən mərhələsi baş vermədən nikah aktı olur:

"Bir-birinə güvənmədən nikah bağlanır. Sonra isə konkret olaraq seksual doyma prosesi yaranmağa başlayır. Ailələrdə qadın və ya kişilərdən biri daha tez seksual doyma yaşayır. Yəni evləndiyi kişi və ya qadına münasibətdə əvvəlki qədər ehtiras hiss etmir. Belə olan halda isə aqressiya yaranır. Bu zaman ər və ya arvad uzaqlaşmağa başlayır.

İki tərəfdən biri münasibətdən qaçdığı zaman təbii ki, qarşı tərəfdə də qısqanclıqlar başlayır. Məsələ budur ki, ər-arvad bunu açıq şəkildə ifadə edə bilmir. Azərbaycanda bəzi tabular var ki, hələ də hökm sürür. Ərlə arvad oturub seksual istək və arzularını bir-biri ilə danışa bilmirlər. Belə olan təqdirdə, iki tərəfdən biri seksual doyma yaşadığına görə bəhanələr axtarır. Bu aqressiv reaksiya doyma yaşayan insana bəhanə verir ki, uzaqlaşsın".

Psixoloq onu da vurğulayıb ki, boşananların 90 faizi üç aydan sonra peşman olur:

"Çünki onların boşanmaq üçün ciddi səbəbləri yox idi. Sadəcə olaraq, həmin anda emosional partlayış altında qərar veriblər. Azərbaycanda ciddi maarifləndirmə işləri aparılmalıdır. Evlilik öncəsi cütlüklər psixoloji müayinələrdən keçməlidirlər. Hər biri psixoloji olaraq məlumatlandırılmalıdır".

O əlavə edib ki, hər il Azərbaycanda boşanmaların sayı əvvəlki dövrlə müqayisədə 1000 ailə artsa, gələcəkdə böyük problemlər yaranacaq:

"Bu minvalla davam etsə, yaxın beş ildə Azərbaycanda qurulan ailələrlə boşanan ailələr arasındakı fərq beşin dördə nisbətində olacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31