Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi
17 Avqust 2019 11:03 SosialBakıda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
Olaylar.az "report"a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib.
Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası diaqnozu qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31