Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ - Leytenant oldu - FOTO

Müğənni Elnarə Xəlilova yeni görüntüsü ilə hər kəsi təəccübləndirib.

Milli.Az xəbər verir ki, xanım ifaçı Azərbaycan Respublikası Sərhəd Qoşunlarının uniformasında çəkdirdiyi şəkillərini İnstaqram hesabından paylaşıb. 

Bunu görən təqibçilərindən birinin "DSX-da işləyirsiniz?" sualına Elnarə "Bəli", digərinin "DSX leytenantısınız? Yoxsa sadəcə forma?" sualına isə müğənni "Leytenantıyam" cavabı ilə həmkarlarını da məəttəl qoyub.

Qeyd edək ki, müğənni Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib. Elnarə medalının fotosunu da hesabından paylaşıb.

Bu da xanım sənətçinin zabit formasında çəkdirdiyi fotoları:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31