Bakıda itkin düşən uşaqları qaraçı oğurlayıbmış -Yeniləndi
Bakıda itkin düşən uşaqları qaraçı oğurlayıbmış
16 Avqust 2019 16:19 SosialBakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb. Bu barədə uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tanımadığı qadın oğurlayıb: "O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir". Son məlumata görə, uşaqlar valideyinlərinə təhvil veriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31