Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb

" Hazırda Böyük Qafqazın Quba- Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya

Departamentinin Olaylar.az-a verdiyi məlumata görə avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89

m 3 /s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66

faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə

müqayisədə 130 m 3 /s olmaqla, ongünlük normaya yaxın olub.

Avqustun 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində

2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19 m 3 /s qeydə

alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 28 faizini təşkil

edir. Bu rəqəm 2018-ci ildə 115 m 3 /s təşkil etməklə ongünlük normadan çox

olub.

Avqustun 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1

sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m 3 /s qeydə

alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil

edir. Bu rəqəm 2018-ci ildə 45 m 3 /s təşkil etməklə ongünlük normaya yaxın

olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım

müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi

2 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 16-da isə

348 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 65 sm

qeydə alınıb. 2018-ci il avqustun 16-da isə bu rəqəm 221 sm təşkil edib.

Salyanda suyun səviyyəsi 9 sm artaraq 89 sm olub. Məntəqədə suyun

səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə

məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 155 sm olub və bu göstərici

2018-ci il avqustun 16-da 173 sm qeydə alınıb. Araz çayının Novruzlu

məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 30 sm müşahidə olunub.

Bu rəqəm 2018-ci il avqustun 16-da isə 70 sm təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31