“Alınan mal geri qaytarılmır” – Azərbaycanda mağazaların öz qanunları var
“Alınan mal geri qaytarılmır” – Azərbaycanda mağazaların öz qanunları var
16 Avqust 2019 14:24 SosialBizimyol.info saytının redaksiyasına şikayət daxil olub. Kəmalə xanım "Binə" ticarət mərkəzində yerləşən "Bes Moda" geyim mağazasının xidmətlərindən narazılıq edir. Kəmalə xanımın dediyinə görə, onlar avqustun 9-da mağazadan anası üçün geyim alıblar. Satıcı 300 manatlıq geyimi 180 manata satmağa razı olub. Lakin evə gəldikdən sonra ailə başçısı bu libasın istifadəsinə icazə verməyib və ailə aldığı geyimi geri qaytarmağa qərar verib. Mağaza sahibi isə alınan malı geri qaytara bilməyəcəyini, istəyərlərsə dəyişəcəklərini bildirib. Mübahisə uzansa da nəticə çıxmayıb, mal sahibləri aldıqaları libası mağazada qoyub gediblər. Səhəri gün mağazaya qayıdarkən mağaza sahibləri həmin libası masanın üstünə qoyub qadınla söhbət eməmək üçün mağazanı tərk ediblər. İndi toy üçün alınmış bu libas dönüb olub dava mənbəyi. Mağaza sahibi "malı geri götürmürəm" , mal sahibi də "istəmirəm, pulumu qaytar!" deyir. Bu məsələ öz həllini necə tapmalıdır.
"Bes Moda " geyim mağazası ilə əlaqə saxladıq. Mağazadan bizə bildirildi ki, alınan malı dəyişə bilərik, qaytarmağ isə olmaz. "Çünki biz yazıb qapıya vurmuşuq, alınan mal geri qaytarılmır. İstəyirsiniz gedin verin məhkəməyə". Belə çıxır ki, bu mağaza dövlət içində dövlətdir, oz qayda qanunları var.
Bu kimi hallara demək olar ki hər gün rast gəldiyimizə görə məsələyə hüquqşünas rəyi almaq istədik. Hüquqşünas Vüsal Məmmədovun dediyinə görə, mağazanın özünün daxili qaydaları ola bilməz.

"Mağaza hüququ şəxs və hansı təşkilat deyil ki öz qayda qanunları, daxili nnizmnaməsi olsun. Nizamnaməsinə uyğun hərəkət edən təşkilat da Mülki Məcəlləyə uyğunlaşalıdır.Malın geri qaytarılması ilə bağlı müraciət edilərsə mal geri qaytarılmalıdır. Malın geri qaytarılmırsa xanım mağazaya yazılı müraciət etməlidir ki, mənə hansı səbəbə rədd cavabı verməniz barədə yazılı rəsmi cavab verin. Bundan sonra məhkəmə işi başladıla bilər. Satış zamanı qəbz verilməyibsə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinə müraciət edilməlidir.
Mağazalar və marketlər müddəti ötmüş qida satırlarsa 1500 manat cərimələnirlər.İstehlakçı haqda qanunda malın 14 gün ərzində dəyişdirilməsi və geri qaytarılması nəzərədə tutulur. Azərbaycan Respublikası İqtisadi və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahyə nəzarət edir".
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunda istehlakçı hüquqlarını əhatə edən maddədə istehlakçı hüquqları hərtərəfli qaydada müdafiə olunub.Hətta mənəvi ziyanın ödənilməsi məsləsi də gündəmə gəlir.
Qanuna əsasən,istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.