911 nəfər daim yaşamaq üçün Azərbaycana gəlib

911 nəfər daim yaşamaq üçün Azərbaycana gəlib

Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn  911 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin müddət ərzində Azərbaycandan isə 735 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31