Baş nazirdən doktorantura ilə bağlı yeni QƏRAR

Baş nazirdən doktorantura ilə bağlı yeni QƏRAR

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiqlənmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edilib.

Olaylar.az  xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsindən çıxarılıb.

Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) isə "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə daxil edilib.

Bəzi muzeylər nazirliyin tabeliyindən çıxarılıb Turizm Agentliyinə verildi - SİYAHI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31