1360 ədəd elektron siqaretlər aşkarlandı

1360 ədəd elektron siqaretlər aşkarlandı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31