Əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramı reallaşdırılır

Əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramını reallaşdırılır

Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də müasir düşüncəli gənc könüllülərin cəlb edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Komitədən "Olaylar"a bildirilib ki, könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir. Komitə, qarşısında qoyduğu "Müasir düşüncə - gələcəyə addım" hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində "Könüllü ol" proqramını reallaşdırmaqdadır."Könüllü ol" layihəsi çərçivəsində artıq 1400-ə yaxın gənc tələbə və məzunlar komitədə təşkil olunan könüllü fəaliyyət proqramında iştirak etmək üçün müraciət etmişdir. Hər bir namizədlə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 430 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb olunmuşdur. Könülllü proqramında iştirak edən 144 nəfər isə komitənin müxtəlif qurumlarında işlə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31