Nazir müavini vətəndaşları qəbul edəcək
Nazir müavini vətəndaşları qəbul edəcək
15 Avqust 2019 14:47 Sosialİqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 16 avqust 2019-cu il tarixində, saat 11:00-dan etibarən Masallıda (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) bu rayondan olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı, (012) 493 14 56, (012) 310 28 00 (daxili 2308), (050) 968 78 89 nömrəli telefonlar (əlaqələndirici şəxs Vüqar Muradov), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, mobil (050) 235 01 07 elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.