“Zeytunluqda ağaclar kəsilir”?
“Zeytunluqda ağaclar kəsilir”?
15 Avqust 2019 13:45 SosialBakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, araşdırma zamanı "Zeytunluq" adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub: "Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31