Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli istirahəti təşkil edilib
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli istirahəti təşkil edilib
15 Avqust 2019 12:02 SosialSağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud olan uşaqların tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud olan məktəblilər üçün xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gəzinti təşkil edilmişdir. Sağlamlıq imkanı məhdud olan uşaqlar keçirilən tədbirdə müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər. Uşaqlar burada çay süfrəsində şirniyyatlara qonaq edilmiş, həmçinin onlara hədiyyələr təqdim edilmişdir.
Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.