Telefonu əlindən alınan uşaq "Twitter"ə soyuducu ilə daxil oldu
15 Avqust 2019 11:06 SosialYeməyi yandırdığı üçün telefonu əlindən alınan 15 yaşlı yeniyetmə qız sosial şəbəkəyə daxil olmaq üçün maraqlı yola əl atıb.
News24.az "The Guardian"-a istinadən xəbər verir ki, ABŞ-ın Kentukki ştatından olan Doroti cəzalandırıldıqdan sonra dəfələrlə qohumlarının planşetlərindən və evdəki oyun avadanlığından "Twitter"ə daxil olsa da onun bu cəhdləri bir müddət sonra valideynləri tərəfindən əngəllənib.
Çıxılmaz vəziyyətdə olduğunu görən yeniyetmə ən sonda sosial şəbəkəyə mətbəxdə olan ağıllı soyuducu ilə daxil olub. Onun soyuducudan yazdığı tvit isə çoxsaylı bəyənmə və şərh alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31