Ərəb turist Bakı bulvarında öldü
15 Avqust 2019 06:38 SosialBakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "qafqazinfo"ya verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.
"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.
P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31