Şəkidə taxıl sahəsini yandıran şəxs tutulub
Şəkidə taxıl sahəsini yandıran şəxs tutulub
14 Avqust 2019 16:05 SosialŞəkidə taxıl sahəsibndə baş verən yanğına səbəb olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 12-də saat 21.00 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb. Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev qısa müddətdə müəyyən edilərək saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.