Ağac kəsən şəxs cərimələnib

Ağac kəsən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai

rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən "Xəzər" kiçik

müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Olaylar.az xəbər verir ki, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar

Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31