Dünya şöhrətli xanəndə Alim Qasımovun doğum günüdür
Dünya şöhrətli xanəndə Alim Qasımovun doğum günüdür
14 Avqust 2019 14:23 SosialAvqustun 14-dü Azərbaycanın xalq artisti, UNESKO Musiqi Mükafatınının sahibi, Ustad Alim Qasımovun doğum günüdür.
Olaylar.az bildirir ki, xanəndəni ilk olaraq qızı əməkdar artist Fərqanə Qasımova təbrik edib.
"Sənin dünyaya gəldiyin bu gün Muğamın yenidən canlanması, ucalması günü imiş canım Atam" deyərək təbrikini söyləyən Fərqanə Qasımova atası həm də Ustadı Alim Qasımova sevgisini paylaşdığı musiqi nömrəsi ilə bildirib.
Qeyd edək ki, Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31