Vilayət Eyvazov müavini ilə bağlı ƏMR İMZALADI - FOTO
14 Avqust 2019 06:29 Sosialİnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31