Alanyada istirahət edən azərbaycanlı dənizdə boğuldu
12 Avqust 2019 18:07 SosialTürkiyənin Alanya şəhərində azərbaycanlı turist Ramil Zeynalov dənizdə batıb.
Məlumata əsasən, 24 yaşlı R.Zeynalov dostları ilə dənizdə çimərkən boğulub. O, xilasedicilər tərəfindən sahilə çıxarılıb.
Xəstəxanaya aparılan R.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.
Onun cənazəsi yarılmaq üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
Bizimlə əlaqə saxlayın
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31