Sosial siyasətin müsbət nəticələrini hər bir vətəndaş hiss etməkdədir

Azərbaycanda həyata keçirilən sosial siyasət hər bir vətəndaşın rifah halının yüksəlməsinə hesablanıb. Elə bu məqsədlə də ölkədə çoxsaylı sosail paket reallaşdırılır. Prezident İlham Əliyev tərəfindən irəli sürülərək təsdiq edilmiş sosial paketlərin icrasına cari ilin əvvəlindən start verilib. Bununla kifayətlənməyən dövlət başçısı ölkə vətəndaşlarının sosial durumunun maksimum həddə çatdırılması məqsədilə xeyli sayda fərman və sərəncamlar imzalayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahı ilə müəyyən olunur. Elə bu səbədən də cari ildə sosial müavinətlər təqribən orta hesabla 2 dəfə, köçkünlərə verilən müavinət 50%, tələbələrin, şəhid ailələrinə verilən müavinətlər və digər sosial ödənişlər dəfələrlə artıb. 800 mindən çox insanı əhatə edən problemli kreditlərin həlli ilə əlaqədar dünyada bənzəri olmayan fərman imzalanıb. Eyni zamanda dövlət bu istiqamətdə ardıcıl və sistemli tədbirləri davam etdirir. Aprelin 1-dən artıq qüvvəyə minən əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam da məhz buna əyani misaldır. 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə prezident təqaüdlərinin, orta hesabla 100% artırılması, dövlətin üstün sosial siyasət kursunu sübut edir. Təkcə bu ilin ilk 3 ayı ərzində onlarla fərman və sərəncam imzalanmışdır. Belə ki, minimum pensiyaların qaldırılması 230 min əhalini əhatə etmişdir. Minimum əmək haqlarının qaldırılması isə 600 min adamı əhatə edir. Belə ki, 400 min insan dövlət sektorunda çalışanlar, 150 mini özəl sektorda çalışanlardı. Müavinətlər təqribən 600 min adama toxunmuşdur. Ümumilikdə biz bu islahatları götürsək 3 milyondan artıq vətəndaşın həyatı yaxşılaşdırılmışdır. Dövlət üçün bu maliyyə yükü kimi 2 milyarddan artıq bir maliyyə vəsaiti tələb etmişdir. Eyni zamanda növbəti addımlar kimi pensiya konsepsiyasının hazırlanması, demoqrafik təhlillərin aparılması nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə sosial müdafiənin təkmil formasının aparılması üçün yeni dost mərkəzlərinin açılması planlaşdırılır. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya tərəfindən (noyabr) 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir. Yeri gəlmişkən xatırladaq ki, cari ildə 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub və ilin sonunadək bu göstərici 500 nəfərə çatacaq. Bütün bunlar həmdə onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşının yanındadı. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Təsadüfi deyil ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artdığını, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının getdikcə genişlənib. Hazırda 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilib. Hazırda Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması əsas hədəflərdəndir. Həmçinin ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə keçirirlən Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələr müstəqil Azərbaycan dövlətinin inkişafında, sosial-iqtisadi tərəqqisində, ictimai-siyasi sabitliyin təmin edilməsində, ölkənin beynəlxalq aləmdəki yerinin və nüfuzunun möhkəmləndirilməsində önəmli rol oynamaqdadır. Hər dəfə bu iclaslardan sonra qarşıya qoyulan hədəflərə çatılmasında böyük, müsbət irəliləyişlər yaşanmaqda və hər birimiz də bunun canlı şahidləri olmaqda, müsbət nəticələri öz həyatımızda hiss etməkdəyik. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda islahlatlar prosesinin yeni məzmunda və yeni keyfiyyətdə həyata keçirilməsinin təşəbbüskarı və icraçısı olan prezident İlham Əliyev 2003-cü ildən bu yana verdiyi vədlərin, söylədiyi fikirlərin bir daha üzərində qaldığını, Azərbaycan vətəndaşı və dövləti naminə hər zaman sözünü tutduğunu, vədlərinə əməl edir. Bu baxımdan əminliklə demək olar ki, növbəti mərhələlərdə də daha böyük sosial uğurların, nailiyyətlərin şahidi olacağıq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31