Külək Qaradağda təhlükəli vəziyyət yaratdı - FHN əməkdaşları hadisə yerində

Əsən güclü külək nəticəsində Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.

FHN  xəbər verir ki, nazirliyin"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31