"AzDrama"nın aktyoru: "Tamaşamı oynayıb, gedirəm taksi sürməyə" - FOTO
11 Avqust 2019 18:28 Sosial"Teatrdan aldığım maaş qane etmədiyinə görə, həmişə taksi fəaliyyəti göstərmişəm"
Bu sözləri Akademik Milli Dram Teatrının aktyoru İlyas Əhməd News24.az-a açıqlamasında deyib. 20 ildir teatrda çalışan İ.Əhməd sözlərinə belə davam edib: "Taksi sürücüsü kimi, dünəndən yox, həmişə fəaliyyət göstərmişəm. Serial var idi deyə, taksi sürücülüyünü dayandırmışdım. Maaş qane etmədiyinə görə, tamaşamı oynayıb, gedirəm taksi sürməyə".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31